Xəyyam Oqtay oğlu Fərzəliyev
İdarə Heyətinin üzvü – sədrin müavini
Tərcümeyi-hal
Xəyyam Oqtay oğlu Fərzəliyev 19 aprel 1979-cu ildə Rusiya Federasiyasının Kurqan şəhərində anadan olub.
2002–2003-cü illərdə “Baku Coca-Cola Bottlers Ltd” şirkətində biznesin inkişafı üzrə mütəxəssis və kredit nəzarətçisi, 2003–2005-ci illərdə “Reneyssans Konstrakşn” QSC-də Maliyyə şöbəsinin müdir müavini işləyib. 2005–2007-ci illərdə “Energo-stroy” MMC-də iqtisadçı və Tikinti sahəsinin müdiri, 2007–2008-ci illərdə “Sigma Consulting” MMC-də maliyyə meneceri olub. “ZQAN Holdings Limited” şirkətində 2008–2011-ci illərdə maliyyə meneceri və Maliyyə departamentinin müdiri, 2013–2014-cü illərdə İdarə Heyətinin üzvü və Biznesin inkişafı departamentinin müdiri işləyib. 2015–2017-ci illərdə “Boston Consulting Group” MMC-də böyük məsləhətçi, 2017–2018-ci illərdə “GPB Razvitiye Aktivov” MMC-də icraçı direktor olub.
27 dekabr 2018-ci ildən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavinidir.
Təhsil
- 1996–2001 — Gazi Universiteti (Türkiyə), biznesin idarə edilməsi, bakalavr
- 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə və kredit, magistr
- 2012 — IMD Biznes Məktəbi (İsveçrə), MBA