Tərcümeyi-hal
İlqar Kənan oğlu Cəlilov 8 iyun 1983-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olub.
2003–2004-cü illərdə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsinin operatoru olan “McDermott” şirkətində ilməçi-takelajçı işləyib. 2008–2013-cü illərdə “Integris”, “Azerbaijan Development” və “BM Technologies” şirkətlərində coğrafi informasiya sistemləri üzrə mühəndis olub. 2013–2016-cı illərdə “Təmiz Şəhər” ASC-də Elektron idarəetmə şöbəsinin, sonra Daxili nəzarət şöbəsinin müdiri işləyib.
2016–2021-ci illərdə “AzerGold” QSC-də İnformasiya və kommunikasiya texnologiyaları təminatı, daha sonra Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbələrinin müdiri olub. 2 aprel 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-də baş direktorun müavini təyin edilib, 29 iyun 2022-ci ildən “AzerGold” QSC-də İdarə Heyəti sədrinin müşaviri işləyib. 17 sentyabr 2024-cü ildən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavinidir.
Təhsil
- 2006–2011 — Azərbaycan Müəllimlər İnstitutu, riyaziyyat və informatika, bakalavr
- 2015–2016 — Azərbaycan Dövlət Aqrar Universiteti, yer quruluşu, torpaq və şəhər kadastrı
Xəbərlərdə
-
İlqar Cəlilov yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO 19 sentyabr 2024