Əsas məzmuna keç
Rövşən Mürvət oğlu Rüstəmov
Foto: Trend

Rövşən Mürvət oğlu Rüstəmov

Sədr

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY)

Mənbə: president.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Rövşən Mürvət oğlu Rüstəmov 6 oktyabr 1980-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub.

2002–2004-cü illərdə mətbu orqanlarda iqtisadiyyat mövzusunda analitik məqalələr yazıb. 2004-cü ilin iyulundan “Azərpoçt” MMC-də iqtisadçı, şöbə müdirinin müavini və şöbə müdiri işləyib. 2012-ci ilin fevralından “Azərkosmos” ASC-də korporativ idarəetmə üzrə baş mütəxəssis, 2012–2014-cü illərdə korporativ idarəetmə üzrə müşavir olub. 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

4 iyun 2018-ci ildə Prezidentin sərəncamı ilə “Azərkosmos” ASC sədrinin müavini, 14 iyun 2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. 26 oktyabr 2022-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib və həmin gün Prezidentin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Mənbə: Trend, Qafqazinfo.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1997–2001 — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati idarəetmə fakültəsi, dövlət və bələdiyyə idarəetməsi, bakalavr (fərqlənmə diplomu)
  • 2001–2003 — həmin Akademiya, iqtisadiyyatın hüquqi tənzimlənməsi, magistr (fərqlənmə diplomu)
  • 2005–2007 — Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutu, aspirantura; 2007-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi
  • 2014 — Biznesin Davamlılığı İnstitutu (The Business Continuity Institute), “Biznesin davamlılığının planlaşdırılması proqramı”

Xəbərlərdə