Tərcümeyi-hal
Vüsal Aslanov 1981-ci ildə anadan olub.
2004–2014-cü illərdə “Azərinşaatservis” MMC-də hüquq müşaviri işləyib, 2010–2014-cü illərdə “Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. 2013–2015-ci illərdə “Azərcon” ASC-nin direktoru olub, 2014–2015-ci illərdə eyni zamanda “Retro-Park” MTK-nın sədri vəzifəsini icra edib. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri, 2016–2024-cü illərdə sədr müavini işləyib. 2020-ci ildə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)” yubiley medalı ilə təltif edilib.
20 dekabr 2024-cü ildə Prezidentin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Təhsil
- 2003 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, bakalavr (fərqlənmə diplomu)
- 2005–2008 — Bakı Dövlət Universiteti, mülki və təsərrüfat hüququ ixtisaslaşması, magistr (fərqlənmə diplomu)
- 2017–2020 — ADA Universiteti və “Maastricht School of Management” birgə MBA proqramı, biznesin təşkili və idarə edilməsi, magistr