Tərcümeyi-hal
Emil Əhmədov 1982-ci ildə anadan olub.
2001–2006-cı illərdə “Zamin Bank” Kommersiya Bankında iqtisadçı, 2006–2019-cu illərdə nəqliyyat sahəsində müxtəlif rəhbər vəzifələrdə, 2019–2025-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamentinin rəisi işləyib. 2020-ci ildə “Fəxri dəmiryolçu” fəxri adı alıb.
11 fevral 2025-ci ildə “Bakı Metropoliteni” QSC sədrinin müşaviri təyin edilib. Hazırda İdarə Heyətinin sədr müavinidir.
Təhsil
- 1999–2003 — Azərbaycan Kooperasiya Universiteti, Beynəlxalq iqtisadi münasibətlər fakültəsi, bakalavr
- 2005–2007 — Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyat və idarəetmə, magistr
- 2009–2013 — Milli Aviasiya Akademiyası, Avianəqliyyat istehsalatının təşkili fakültəsi