Tərcümeyi-hal
Dunay Bədirxanov 2011-ci ildə Azərkosmosda Aşağı orbitli peyk sistemlərinin inkişafı departamentinin mütəxəssisi kimi işə başlayıb. 2012–2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, sonra 2016-cı ilədək Peyk və yerüstü sistemlər departamentində Peyk əməliyyatları qrupunun rəhbəri, 2016–2018-ci illərdə həmin departamentin direktoru olub.
2018-ci ildə Azərkosmosun İdarə Heyəti sədrinin müavini təyin olunub. Hazırda İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.
Təhsil
2009 — Sankt-Peterburq Dövlət Universiteti, Riyaziyyat və mexanika fakültəsi