Əsas məzmuna keç
Əfqan Süleyman oğlu Cəlilov

Əfqan Süleyman oğlu Cəlilov

İdarə Heyətinin sədri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO)

Mənbə: asco.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Əfqan Cəlilov 1978-ci ildə anadan olub.

2002–2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005–2013-cü illərdə “AGBank” ASC-də Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru və Maliyyə nəzarəti üzrə baş direktor, 2013-cü ildən İdarə Heyəti sədrinin müavini, 2016–2020-ci illərdə İdarə Heyətinin sədri olub. 2021–2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri işləyib. 30 oktyabr 2023-cü ildə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin olunub, sonra agentliyin İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edib.

Prezidentin 7 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurasının üzvü təyin edilib. Prezidentin 16 yanvar 2026-cı il tarixli sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1995–2001 — Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyatın tənzimlənməsi fakültəsi, bakalavr; qiymət və qiymətin əmələ gəlməsi ixtisası üzrə magistr (fərqlənmə diplomu)
  • 2013 — ACCA, Beynəlxalq Maliyyə Hesabatı üzrə diplom