Əsas məzmuna keç

Premyer Liqada komanda sayı artırılır

Premyer Liqada komanda sayı artırılır

Rövşən Nəcəf Misli çempionatının genişləndirilməsi şərtlərini açıqladı. AFFA İcraiyyə Komitəsi infrastruktur və klubların hazırlığı ilə bağlı qəti qərarını verir.

en ru

Misli Premyer Liqasında komanda sayının artırılması birbaşa olaraq namizədlərin infrastruktur və hazırlıq səviyyəsindən asılıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu açıqlamanı mətbuat konfransında AFFA-nın prezidenti verib. Milli assosiasiya rəhbərinin sözlərinə görə, çempionatda komanda sayının artırılması hazırda əsas müzakirə mövzularından biridir.

"Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək", - deyə Rövşən Nəcəf bildirib. Onun sözlərinə görə, qərarlar verilərkən rəqabətlilik və keyfiyyət ön plana çəkilir.

"Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır", - deyə prezidenti vurğulayıb. O, həmçinin bu mövzunun İcraiyyə Komitəsinin gündəmində olduğunu xatırladıb.

"Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur". Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…