Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti qələbəsini qazanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Andorra ilə üz-üzə gəlib. Görüş millinin qələbəsi ilə yekunlaşıb - 1:0
Komandamızın növbəti rəqibi Avstraliya seçməsi olacaq. Bu gün saat 19:30-da başlayacaq bu matç da Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.