Əsas məzmuna keç

Prezidentin yüksək ordenlə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

Prezidentin yüksək ordenlə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

Prezidentin yüksək ordenlə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

en ru

İlham Əliyevin imzaladığı sərəncamla Respublikasının Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri İmanov "Şərəf" ordeni ilə təltif edilib. O, bu mükafata dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafındakı böyük xidmətlərinə görə layiq görülüb.

“Operativ Məlumat Mərkəzi-OMM” Kamran İmanovun dosyesini təqdim edir:

1946-cı il təvəllüdlü Kamran İmanov 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib, daha sonra təhsilini Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Akademiyasında və ABŞ-da davam etdirərək mütəxəssis dərəcəsi alıb. Əmək fəaliyyətinə elmi-pedaqoji sahədə başlayan K.İmanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi və Müəllif Hüquqları Agentliyinin rəhbəri vəzifələrində çalışıb. 2018-ci ildən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri olan tanınmış alim, eyni zamanda ÜƏMT və Avrasiya Patent Təşkilatının beynəlxalq Assambleyalarının rəhbəri seçilib. 110-dan çox elmi əsərin müəllifi olan Kamran İmanov bundan əvvəl "Şöhrət", 1-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə də təltif edilib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…