Əsas məzmuna keç

Azərbaycanda daha bir qida məhsulu BAHALAŞDI - Yeni qiymət

Azərbaycanda daha bir qida məhsulu BAHALAŞDI - Yeni qiymət

İqtisadçı Kamran Hacıyev kərə və duru yağların 50 qəpikdən 6 manatadək artmasını beynəlxalq logistika xərcləri və yerli istehsalın 9,5 faiz azalması ilə izah edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, alıcılar bəzi məhsulların qiyməti 50 qəpikdən 6 yüksəldiyini bildirir.

Bahalaşma xüsusilə kərə yağlarında daha çox hiss olunur. Bəzi vətəndaşlar büdcələrinə qənaət etmək üçün daha kiçik qablaşdırmalara üstünlük verirlər.

Paytaxt sakinləri bildirirlər ki, əvvəllər daha ucuz qiymətə aldıqları yağları indi xeyli baha almağa məcbur qalırlar.

“Əvvəl 18 manat 80 qəpiyə aldığım kərə yağı indi 23 manat 90 qəpikdir. Duru yağların qiyməti də artır. Əvvəllər 22-23 manata aldığımız kərə yağları indi 27 manata, 25 manatlıq məhsullar isə 30 manata satılır”, – sakinlərdən biri deyib.

Digər alıcılar isə gündəlik xərcləri azaltmaq üçün 200 qramlıq kiçik qablaşdırmalara üstünlük verdiklərini bildiriblər.

Kərə yağı kimlərə olmaz?

Satıcılar da bahalaşmanı təsdiqləyir

Mağaza satıcılarının sözlərinə görə, qiymət artımı həm yerli bazarda satılan, həm də xaricdən gətirilən yağlarda müşahidə olunur. Onlar bildirirlər ki, son 10 gün ərzində bəzi duru yağların qiyməti 30-50 qəpik, kərə yağlarının qiyməti isə 1 manat-1 manat 20 qəpik artıb.

Regionlardakı mağazalarda da oxşar vəziyyətin olduğu bildirilir. Satıcıların sözlərinə görə, məhsulun növündən və qablaşdırmasından asılı olaraq qiymət artımı 50 qəpikdən 3 manatadək dəyişir. Bəzi beş kiloqramlıq yağ məhsullarında isə daha böyük fərq qeydə alınıb.

Azərbaycanda duru yağ istehsalı 44% azaldı

İqtisadçı bahalaşmanın səbəblərini açıqlayıb

İqtisadçı Hacıyevin sözlərinə görə, yağların qiymətinə yalnız yerli bazardakı vəziyyət deyil, beynəlxalq tədarük zəncirindəki dəyişikliklər və xammalın bahalaşması da təsir göstərir.

Onun sözlərinə görə, xammalın dəyəri, istehsal həcmi, , və logistika xərcləri, valyuta məzənnələri, eləcə də idxalçı və satış şəbəkələrinin xərcləri yağların qiymətinin formalaşmasında mühüm rol oynayır.

İqtisadçı qeyd edib ki, beynəlxalq bazarlarda qiymətlərin və daşınma xərclərinin artması duru yağların Azərbaycanda da bahalaşmasına səbəb ola bilər. Bununla belə, hazırkı göstəricilərə əsasən, kərə yağında kəskin bahalaşmanın qaçılmaz olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.

Kərə yağı istehsalı azalıb

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 45 ton kərə yağı istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz azdır. Eyni zamanda, ölkəyə xaricdən yağ idxalının 21 faiz artdığı bildirilir.

İstehsalın azalması və idxal göstəricilərindəki dəyişikliklər fonunda bazarda qiymətlərin necə dəyişəcəyi isə növbəti aylarda beynəlxalq qiymətlərdən, tədarük xərclərindən və daxili bazardakı təklifdən asılı olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…