Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin son günündə Azərbaycanın üç idmançısı mübarizə aparacaq.
Qadınların +78 kq çəki dərəcəsində Mədinə Kaisinova 1/8 finalda Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.
Kişilərin +100 kq çəki dərəcəsində Uşangi Kokauri Şərifcon Nazriyev (Tacikistan) – Yakiv Xammo (Ukrayna) görüşünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə yarışan Camal Qamzatxanovun rəqibi isə Saba İnaneişvili (Gürcüstan) – Andre Umberto (Braziliya) cütünün qalibi olacaq.
Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə 18:00-da start götürəcək.
Azərbaycan cüdoçuları oktyabrın 29-da başlayan turnirdə indiyədək dörd medal qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc medala sahib olublar.