İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində çıxış edən Əli Qazıməmmədov 1/16 final mərhələsində ukraynalı Mixaylo Xoroşaylovla qarşılaşacaq. 100 kq-da mübarizə aparan Əjdər Bağırovun 1/8 finaldakı rəqibi digər ukraynalı İvan Kutenkov olacaq.
+100 kq çəki dərəcəsində yarışan Kənan Nəsibov isə xorvatiyalı Luka İvankoviçlə üz-üzə gələcək. Təsnifat mərhələsi saat 13:30-da, final bloku saat 19:00-da başlayacaq.
Azərbaycan cüdoçusu İslam Rəhimov 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Kontekst
Xatırladaq ki, oktyabrın 30-da Neapolda keçirilən U-23 Avropa çempionatının ilk günündə Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub.