“Sabah”ın və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov karyerasını ölkə xaricində davam etdirə bilər. Türkiyə Superliqasında mübarizə aparan “Kocaelispor” 27 yaşlı futbolçu ilə maraqlanır.
Sportal.az-ın məlumatına görə, İzmit təmsilçisi mövsümün sonunda Daşdəmirova rəsmi təklif irəli sürməyi planlaşdırır. Müdafiəçi həm “Sabah”ın, həm də Azərbaycan millisinin əsas üzvlərindən hesab olunur.
“Kocaelispor” hazırda Türkiyə Superliqasında 18 komanda arasında 8-ci pillədə qərarlaşıb. Daşdəmirovun “Sabah”la müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
Rəhman Daşdəmirov 2023-cü ildə “Şamaxı”dan “Sabah”a keçib.