Əsas məzmuna keç

Arsen Venger Hövsan Yarış Kompleksində görülən işlərlə tanış olub

Arsen Venger Hövsan Yarış Kompleksində görülən işlərlə tanış olub
— Foto: Report.az

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger U-15 dünya çempionatı və festivalı ərəfəsində Bakıya səfər edib.

en ru

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Hövsan Yarış Kompleksində olub və idman qurğusunda görülən işlərlə tanış olub.

77 yaşlı fransalı funksioner Bakıya U-15 dünya çempionatı və festivalı ilə əlaqədar səfər edib. İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi olan Venger turnirin keçiriləcəyi məkanlardan birinə baş çəkib.

Turnirin təqvimi

U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində təşkil olunacaq. Açılış və final görüşləri Kristal Zalında keçiriləcək. Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. Turnirdə 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulur.

ilk oyununu oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək. Oktyabrın 25-də komanda saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

millisi oktyabrın 26-da həmin meydançada saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…