Əsas məzmuna keç

İtaliya mediası Lorenzo Mezzoteronun Azərbaycan millisinə dəvətini müzakirə edir

İtaliya mediası Lorenzo Mezzoteronun Azərbaycan millisinə dəvətini müzakirə edir
— Foto: idman.biz

“Sampdoriya”nın 18 yaşlı hücumçusu Azərbaycan millisinin heyətinə daxil edilib. İtaliya nəşrləri bu addımı həm futbolçunun inkişafının göstəricisi, həm də İtaliyanın perspektivli oyunçunu itirmək ehtimalı kimi dəyərləndirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun millisinə dəvət alması İtaliya idman mediasında müzakirələrə səbəb olub. 18 yaşlı futbolçu “Virtus Entella” ilə qarşılaşmada peşəkar karyerasının ilk qolunu vurub, daha əvvəl isə Azərbaycanın U-21 yığmasında üç oyun keçirib.

“TuttoMercatoWeb” jurnalisti Tommazo Maskio başlığında Azərbaycanın “vaxt itirmədiyini və İtaliyanı qabaqladığını” yazıb. “Chiamarsi Bomber”dən Culio Piras isə İtaliyanın 2008-ci il təvəllüdlü istedadı itirmək riski ilə üzləşə biləcəyini qeyd edib. “Samp News 24”də Elia Serra bu vəziyyətin ikili vətəndaşlığı olan gənclərin vaxtında cəlb olunması ilə bağlı suallar yaratdığını bildirib.

FIFA qaydaları

Həmin nəşrin digər jurnalisti Mariya Floris dəvəti Mezzoteronun inkişafının göstəricisi sayıb. “Club Doria 46”dan Marko Qrassinyi isə çağırışı futbolçunun çıxışlarının mükafatı kimi təqdim edib.

Çağırış futbolçunun Azərbaycanı birdəfəlik seçməsi demək deyil. qaydalarına əsasən, əsas millidə üçdən çox oyun keçirməyən futbolçu müəyyən şərtlərlə başqa yığmanı təmsil edə bilər. Bunun üçün son rəsmi oyun 21 yaş tamam olmamışdan əvvəl keçirilməli, həmin oyundan sonra ən azı üç il ötüşməli, futbolçu isə dünya və ya qitə çempionatının final mərhələsində oynamamalıdır. Dörd və daha çox oyun, onlardan azı biri rəsmi olmaqla, bu keçid imkanını aradan qaldırır. U-21-dəki oyunlar həmin limitə daxil deyil.

“Diario del Web”dən Filippo Vinsentçi dəvətin oyunda iştirak demək olmadığını vurğulayıb. Azərbaycan noyabrın 13-də səfərdə Lixtenşteynlə Millətlər Liqasında, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq görüşündə qarşılaşacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…