Əsas məzmuna keç

Lorenzo Mezzotero “Sampdoriya” azarkeşlərinin rəğbətini qazanıb

Lorenzo Mezzotero “Sampdoriya” azarkeşlərinin rəğbətini qazanıb
— Foto: idman.biz

Azərbaycan U-21 millisinin hücumçusu “Virtus Entella” ilə oyunda komandasının ikinci qolunu vurub. Azarkeşlər baş məşqçi Luka D’Ancelodan ona daha çox şans verməsini istəyiblər.

en ru

İtaliyanın “Sampdoriya” klubunda çıxış edən U-21 millisinin üzvü Lorenzo Mezzotero azarkeşlərin rəğbətini qazanıb. İtaliya nəşrinin məlumatına görə, 18 yaşlı hücumçunun “Virtus Entella” ilə B Seriyası matçındakı oyunu sosial şəbəkələrdə müzakirə olunub.

Zədələnən Yari Verşarenin əvəzinə meydana çıxan Mezzotero “Sampdoriya”nın ikinci qolunu vurub. Azarkeşlər baş məşqçi Luka D’Ancelodan gənc futbolçuya daha çox imkan verməsini istəyiblər.

“Bu oğlan yaxşıdır. Oynamalı və təcrübə toplamalıdır. Mübarizə aparmaq istəyi var və bu, açıq görünür. Belə davam etsin”, – azarkeşlərdən biri yazıb.
Digər azarkeş isə “Onu dərhal əsas heyətdə oynatmaq lazımdır. Gənclərə güvənmək üçün bir qədər cəsarətli olmaq gərəkdir” fikrini bölüşüb.

Azarkeşlər digər gənclərə də şans istəyir

“Sampdoriya” azarkeşləri 18 yaşlı bolqarıstanlı qapıçı Andrey Krastevin çıxışını da yüksək qiymətləndirərək klub rəhbərliyini və baş məşqçini gənclərə üstünlük verməyə çağırıblar. Sosial şəbəkələrdə müdafiəçi Kərim Diopun əsas heyətə cəlb edilməsi də tələb olunub. Azarkeşlər yaşlı futbolçuların əvəzinə inkişaf potensialı yüksək olan gənclərin meydana çıxmasını istəyirlər.

2008-ci il avqustun 16-da İtaliyanın Montsa şəhərində anadan olan Mezzotero uşaqlığının bir hissəsini Azərbaycanda keçirib, “” və “Neftçi”nin futbol akademiyalarında məşq edib. O, hazırda Azərbaycanın U-21 millisində çıxış edir, daha əvvəl isə “Sampdoriya”nın gənclər komandasında məhsuldar oyunu ilə diqqət çəkib. “Virtus Entella” ilə görüşdə hücumçu peşəkar karyerasının ilk qolunu vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…