Azərbaycan millisinin və Ukraynanın “Bukovina” klubunun hücumçusu Renat Dadaşov ciddi zədə alıb.
27 yaşlı futbolçu UEFA Millətlər Liqasının oyunlarından sonra klubuna zədəli qayıdıb. Tibbi müayinədə onun budunun ön səthində əzələ yırtığı aşkarlanıb.
Həkimlərin proqnozuna görə, Dadaşov noyabrın sonu və ya dekabrın əvvəlində yaşıl meydanlara qayıda bilər.
Hücumçu “Bukovina”nın qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.