Azərbaycanlı batut gimnastı Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kuboku yarışında qızıl medal qazanıb.
Mahsudova qadınların fərdi mübarizəsində finala yüksəlib. Həlledici mərhələdə çıxışına görə hakimlərdən 55,540 xal alan gimnast bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.