Əsas məzmuna keç

Rəşid Süleymanov dünya çempionatında bürünc medal qazandı

Rəşid Süleymanov dünya çempionatında bürünc medal qazandı
— Foto: idman.biz

Polşanın Belsko-Biala şəhərində yeniyetmələr və gənclər arasında keçirilən karate üzrə dünya çempionatında Azərbaycan millisinin medal hesabına daha bir...

en ru

Polşanın Belsko-Biala şəhərində yeniyetmələr və gənclər arasında keçirilən karate üzrə dünya çempionatında millisinin medal hesabına daha bir mükafat əlavə olunub.

21 yaşadək idmançılar arasında 75 kq çəki dərəcəsində yarışan Rəşid Süleymanov üçüncü yer uğrunda görüşdə təmsilçisi Osman Burak Keleşə qalib gəlib. Bununla da o, mundialın bürünc medalına sahib çıxıb.

Süleymanovun mükafatı ilə Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı beşə yüksəlib. Daha əvvəl Şamo Kamilov (U-16, +70 kq) qızıl, Vüsal Qənbərov (U-18, 55 kq) gümüş medal qazanıb. Rəsul Qənbərli (U-16, 52 kq) və Nurlan Əlimuradov (U-16, 70 kq) isə bürünc mükafat əldə ediblər.

Polşada keçirilən dünya çempionatına oktyabrın 18-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…