Əsas məzmuna keç

Bu avtobuslar yenilənir - Qiyməti isə belə OLACAQ

Bu avtobuslar yenilənir - Qiyməti isə belə OLACAQ

Binəqədi qəsəbəsi və Memar Əcəmi istiqamətində 92 nömrəli marşrut xəttində 14 ədəd CNG mühərrikli nəqliyyat vasitəsi istifadəyə verilir. Gedişhaqqı nə qədərdir?

en ru

Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun " " stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-a Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, marşrut xəttində avtobusların bir qismi bu ilin aprel ayında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.

Oktyabrın 14-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan nəqliyyat vasitəsi sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…