Əsas məzmuna keç

Azərbaycanın deflimpiyaçı güləşçiləri Avropa çempionatında 6 medal qazandı

Azərbaycanın deflimpiyaçı güləşçiləri Avropa çempionatında 6 medal qazandı
— Foto: idman.biz

Azərbaycan idmançıları Tsaxkadzorda keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə üç gümüş və üç bürünc medal əldə ediblər.

en ru tr

Azərbaycanın deflimpiyaçı güləşçiləri Ermənistanın Tsaxkadzor şəhərində keçirilən Avropa çempionatında altı medal qazanıblar. Eşitmə qabiliyyəti məhdud idmançılar arasında təşkil olunan yarışın yunan-Roma güləşi proqramında ölkəmiz altı idmançı ilə təmsil olunub.

Böyüklər arasında Kənan Allahverdiyev 60 kq, Tuncay İbrahimzadə isə 77 kq çəki dərəcəsində gümüş medal əldə edib. Murad Cəfərov 55 kq, Ceyhun İsazadə isə 63 kq çəki dərəcəsində bürünc medal qazanıblar.

Ceyhun İsazadə gənclərin yarışında da mükafatçılar sırasında yer alıb. O, 60 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Gənclər arasında 130 kq çəki dərəcəsində mübarizə aparan İslam Rzayev gümüş medal qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…