Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət voleybol millisinin kapitanı Əhməd Məmmədli Avropa çempionatının birinci təsnifat mərhələsində komandanın çıxışından danışıb.
Məmmədli turniri qələbə ilə başa vurduqları üçün sevindiyini bildirib və komanda yoldaşlarını təbrik edib. Onun sözlərinə görə, ən çətin qarşılaşma ilk oyun olub. Həmin görüşdə komanda yoldaşlarından birinin zədələnməsi kollektivə psixoloji baxımdan mənfi təsir göstərsə də, oyunçular ruhdan düşməyərək mübarizəni davam etdiriblər.
Kapitan rəqiblərin güclü komandalar olduğunu, Azərbaycan millisinin isə hər oyunda sona qədər mübarizə aparmağa çalışdığını qeyd edib. Məmmədli daha yaxşı nəticə qazanmaq istədiklərini, bununla belə, turnirin komanda üçün yaxşı təcrübə olduğunu deyib və yoldaşlarına gələcək oyunlarda uğurlar arzulayıb.
Noyabrın 19-22-də Latviyanın paytaxtı Riqada keçirilən turnirin B qrupunda Azərbaycan millisi ev sahibi Latviyaya 0:3, Finlandiyaya 1:3 hesabı ilə uduzub. Yığma beşinci yer uğrunda görüşdə Ukraynanı 3:0 hesabı ilə məğlub edib.