Əsas məzmuna keç

Azərbaycanın U-16 voleybol millisi Litvanı 3:1 hesabı ilə məğlub etdi

Azərbaycanın U-16 voleybol millisi Litvanı 3:1 hesabı ilə məğlub etdi
— Foto: idman.biz

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının birinci təsnifat mərhələsində ilk qələbəsini qazanıb. Yığma B qrupunun son turunda Litvaya qalib gəlib.

en ru

16 yaşadək qızlardan ibarət voleybol millisi Avropa çempionatının birinci təsnifat mərhələsində ilk qələbəsini qazanıb. Estoniyanın Kyariku şəhərində keçirilən yarışın B qrupunda mübarizə aparan komanda sonuncu, üçüncü turda ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Setlər 25:16, 23:25, 25:23 və 27:25 hesabları ilə başa çatıb.

Azərbaycan komandası ilk setdə 25:16 hesabı ilə qalib gəlib. Litva ikinci hissədə tarazlığı bərpa etsə də, yığmamız sonrakı iki setdə üstün olub və matçı qələbə ilə başa vurub.

Millimiz turnirin ilk oyununda Estoniyaya 2:3, ikinci qarşılaşmada isə Ukraynaya 1:3 hesabı ilə uduzub. Qrup mərhələsinin yekununda Litva altı xalla birinci yeri tutub. , Estoniya və Azərbaycan yığmalarının hər biri dörd xal toplayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…