Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 12-ci turunda “Sampdoriya”nın “Benevento” üzərində 3:1 hesablı qələbəsinə qolla töhfə verib.
Genuyada keçirilən qarşılaşmaya start heyətində başlayan 18 yaşlı hücumçu 34-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Qolun ötürməsini İtaliya millisi ilə 2020-ci il Avropa çempionatının qalibi olmuş Lorenso İnsinye verib.
Hesabı 10-cu dəqiqədə Cennaro Tutino açıb. “Benevento” 15-ci dəqiqədə Leonardo Sernikolanın qolu ilə tarazlığı bərpa etsə də, İnsinye 22-ci dəqiqədə “Sampdoriya”nı yenidən önə keçirib. Mezzotero 34-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Azərbaycan millisinin üzvü 59-cu dəqiqədə Françesko Konti ilə əvəzlənib. Bu, “Sampdoriya”nın B Seriyasında ardıcıl üçüncü qələbəsi olub.
Mezzotero bu yaxınlarda Genuya klubu ilə müqaviləsini 2030-cu ilədək uzadıb. Razılaşmada əməkdaşlığı daha bir mövsüm artırmaq imkanı da nəzərdə tutulub.