Argentinalı döyüşçü Kevin Valyehos UFC 294 turnirində ABŞ təmsilçisi Alcamayn Sterlinqə qalib gəlib. Dohada (Qətər) keçirilən qarşılaşmanın nəticəsi hakimlərin yekdil qərarı ilə müəyyənləşib.
Sterlinq yüngül çəki dərəcəsinin keçmiş çempionudur. Bu qələbə Valyehos üçün UFC-də ardıcıl beşinci uğur olub.
Peşəkar qarışıq döyüş növlərində Sterlinqin hesabında 26 qələbə və altı məğlubiyyət var. Qələbələrinin üçü nokautla qeydə alınıb.
Valyehosun peşəkar karyerasında 19 qələbə və bir məğlubiyyət yer alır. O, rəqiblərindən 13-nü nokautla məğlub edib.