“PSJ”nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 11-ci turunda “Nitsa”ya qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan matçda zədələnən hücumçu Désiré Due barədə danışıb. 21 yaşlı futbolçu oyunun 41-ci dəqiqəsində zədə alıb. Mətbuatda Dueyin sağ dizinin çarpaz bağlarının qopmasından şübhələnildiyi bildirilib.
Enrike müayinənin yekun nəticələrini gözləmək lazım olduğunu, lakin zədənin ciddi göründüyünü deyib. Onun sözlərinə görə, zədənin ağırlığı televiziya görüntülərindən də aydın olub. Məşqçi peşəkar futbolçuların belə hallarla üzləşdiyini qeyd edərək, Dueyin yaxşı bərpa olunacağına və daha güclü qayıdacağına inandığını bildirib.
Enrike futbolçu ilə danışdığını və onun həmin vaxt paltardəyişmə otağında olduğunu da söyləyib. Məşqçi zədənin xarakterini dəqiq müəyyənləşdirmək üçün ertəsi gün keçiriləcək müayinənin yekunlarını gözləmək lazım olduğunu vurğulayıb. Onun sözlərini “RMC Sport” “Ligue 1+”a istinadən yayıb.
Due 2026/27 mövsümündə “PSJ”nin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.