“Roma” İtaliya A Seriyasında mövsümün ilk 12 matçında 35-dən çox qol vuran son 76 ilin ilk komandası olub. Bu barədə Opta statistik xidməti məlumat yayıb.
Paytaxt klubu noyabrın 21-də 12-ci tur çərçivəsində “Parma”nı 5:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Roma”nın cari çempionatda vurduğu qolların sayı 36-ya yüksəlib.
İlk 12 turdan sonra bu göstəriciyə sonuncu dəfə 1950/51 mövsümündə üç komanda çatıb. Həmin vaxt “İnter” və “Milan” 38, “Yuventus” isə 37 qol vurub.