Əsas məzmuna keç

Lorenzo Mezzoteronun topuğunda burxulma ehtimalı araşdırılır

Lorenzo Mezzoteronun topuğunda burxulma ehtimalı araşdırılır
— Foto: idman.biz

“Sampdoriya”nın hücumçusu Azərbaycan millisinin toplanışına zədə səbəbindən qoşula bilməyib. Zədənin ağırlığı tibbi qiymətləndirmədən sonra bəlli olacaq.

en ru

millisinin dəvətini alan, lakin zədə səbəbindən toplanışa qoşula bilməyən “Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun səhhəti ilə bağlı yeni detallar açıqlanıb.

İtaliya mediasının məlumatına görə, futbolçu “Karrareze” ilə oyunda topuğundan zərbə alıb. Zədənin sadə əzilmədən daha ciddi ola biləcəyi ehtimal edilir.

Mezzoteronun topuğunda burxulma ehtimalı nəzərdən keçirilir. Dəqiq diaqnoz üçün tibbi heyətin qiymətləndirməsi gözlənilir. Futbolçunun vəziyyətinin bu gün, komandanın məşqləri bərpa edilərkən yoxlanılması planlaşdırılır.

“Sampdoriya” Mezzoteronun milliyə qoşula bilməyəcəyi barədə AFFA-ya elektron məktub göndərib. Bununla belə, tibbi müayinələrin nəticələri federasiyaya təqdim edilməyib. Zədənin ağırlığı və futbolçunun meydana qayıdacağı vaxt hələ müəyyənləşməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…