Əsas məzmuna keç

Bakıda tanınmış aparıcı yol qəzasında ölüb

Bakıda tanınmış aparıcı yol qəzasında ölüb

Bakının Lökbatan qəsəbəsində baş vermiş qəzada dünyasını dəyişən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub. Aparıcı yaxınları ilə doğum gününü qeyd...

en ru

Bakının qəsəbəsində baş vermiş qəzada dünyasını dəyişən Ada ARB TV-nin keçmiş aparıcısı olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, aparıcı yaxınları ilə doğum gününü qeyd edib və evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…