Əsas məzmuna keç

Pulsuz avtobuslar fəaliyyətə BAŞLAYIR

Pulsuz avtobuslar fəaliyyətə BAŞLAYIR

bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar avtobuslar “Sabah” futbol...

en ru

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək “Sabah”ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yerüstü Agentliyi () məlumat yayıb.

Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar avtobuslar “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə təşkil olunacaq.

Azarkeşlər “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzindən və “Qara Qarayev” metrostansiyasından Bakı Olimpiya Stadionuna ödənişsiz gedə biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra isə avtobuslar Aviasiya Akademiyası istiqamətində də işləyəcək.

Avtobuslar saat 17:00-dan sərnişinlərin xidmətində olacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:45-də başlanacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…