Əsas məzmuna keç

Onurğa əyriliyi olan şəxslər hərbi xidmət üçün yararlıdırmı? - RƏSMİ AÇIQLAMA

Onurğa əyriliyi olan şəxslər hərbi xidmət üçün yararlıdırmı? - RƏSMİ AÇIQLAMA

Onurğa əyriliyi olan şəxslər hərbi xidmət üçün yararlıdırmı? - RƏSMİ AÇIQLAMA

en ru

Onurğa əyriliyi olan şəxslər hərbi üçün yararlı olması məsələsinə aydınlıq gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti () məlumat yayıb.

"Skolioz və kifozların mərhələsi rentgenoqramlar üzrə V.D.Çaklinin müəyyən etdiyi Kobb bucaqların hesablanması əsasında təyin edilir. 1-ci dərəcəli skoliozlar (Kobb bucağı 10°-yə kimi), 1ci və 2ci dərəcəli kifoz (Kobb bucağı 50°-yə kimi) müəyyən olunmuş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman hərbi xidmət keçməyə yararlı hesab olunurlar.

Qeyd edək ki, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilmir və hərbi xidmətkeçməyə yararlı hesab olunur".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…