Əsas məzmuna keç

Hərbçilərin əməkhaqları artırılır

Hərbçilərin əməkhaqları artırılır

bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.Hərbçilərin pul...

en ru

Azərbaycanda hərbi qulluqçuların əməkhaqlarının hesablanması mexanizmi dəyişir. Müdafiə Nazirliyinin bütün hərbi qulluqçuları üçün vəzifə maaşının ilə əvəzlənməsi təklif olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Hərbçilərin pul təminatı necə hesablanacaq?

Layihəyə əsasən, hərbi qulluqçuların pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət olacaq.

Hazırda hərbi qulluqçuların təminat xərcliyi şəraiti, ixtisas, hərbi peşə, hərbi rütbə və xidmət müddəti kimi amillər nəzərə alınmaqla müəyyən edilir.

Yeni mexanizmlə isə vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi nəzərdə tutulur.

Maaşlar orta hesabla 22,8 faiz artacaq

Yeni islahatlar paketinə əsasən, Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının əməkhaqlarının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacağı gözlənilir.

Yeni sistemdə rütbə maaşının xüsusi çəkisinin 70 faizə çatdırılması nəzərdə tutulur.

Bəzi mövcud müddəalar ləğv edilir

Layihə ilə zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğinin dövlət qulluqçularının orta əməkhaqqından az ola bilməməsi ilə bağlı müddəanın ləğvi təklif olunur.

Bundan əlavə, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün pul təminatının ikiqat hesablanması ilə bağlı müddəa da layihədən çıxarılır.

Köçlə bağlı xərclər dövlət hesabına ödəniləcək

Hərbi qulluqçuların və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi ilə bağlı xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi də nəzərdə tutulur.

Bu ödənişlər müvafiq qurum tərəfindən müəyyən ediləcək qaydada həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hərbi qulluqçularına qida məhsullarının verilməsi qaydası da həmin qurum tərəfindən müəyyənləşdiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…