UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə noyabrın 15-də səkkiz oyun keçirilib. A və C liqalarında baş tutan qarşılaşmaların nəticələri belə olub:
A Liqası:
- “Xorvatiya” – “Çexiya” – 2:1;
- “Fransa” – “Türkiyə” – 2:1;
- “İspaniya” – “İngiltərə” – 2:3;
- “Belçika” – “İtaliya” – 4:1.
C Liqası:
- “Latviya” – “Ermənistan” – 0:0;
- “Kipr” – “Monteneqro” – 1:4;
- “Belarus” – “Albaniya” – 0:2;
- “Finlandiya” – “San-Marino” – 7:2.
Turnir çərçivəsində noyabrın 16-da daha səkkiz görüş keçiriləcək.
Millətlər Liqasının son qalibi Portuqaliya millisi olub. Ötən turnirin finalında portuqaliyalılar İspaniya ilə 2:2 hesablı heç-heçə edib, penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəlib.