Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin UEFA Millətlər Liqasının 6-cı turunda Türkiyəyə qarşı keçiriləcək oyunda iştirak edə biləcəyini təsdiqləyib. “Real Madrid”in hücumçusu qarşılaşmada Fransa yığmasının heyətində olacaq.
Fransa və Türkiyə A Liqasının 1-ci qrupunda noyabrın 15-də üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Zidan Mbappe ilə arasında münaqişə olması barədə yayılan söz-söhbətləri təkzib edib. O, futbolçunun komandada olmasının hər şeyi dəyişdirdiyini və onunla münasibətlərinin məşqçi ilə oyunçu arasındakı iş münasibətlərindən ibarət olduğunu bildirib.
“Onunla heç bir problemimiz yoxdur, hər şey yaxşı gedir. İnsanların istədiklərini danışmasına mane ola bilmərəm, amma bunlar cəfəngiyyatdır. Bu, çox təəssüf doğurur və məni xeyli qıcıqlandırır”, – Zidanın sözlərini “Marca” yayıb.