İspaniya millisi 2023-cü ilin martından bəri ilk dəfə rəsmi oyunda məğlub olub. Komanda noyabrın 15-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda doğma meydanda İngiltərəyə 2:3 hesabı ilə uduzub.
Bu nəticə İspaniyanın 44 oyun davam edən məğlubiyyətsiz seriyasına son qoyub. Luis de la Fuentesin rəhbərlik etdiyi komanda həmin müddətdə 2023-cü ildə Millətlər Liqasını, 2024-cü ildə Avropa çempionatını və 2026-cı ildə dünya çempionatını qazanıb.
İspaniya millisi bundan əvvəl 2023-cü il martın 28-də Avro-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.