Əsas məzmuna keç

Günel Bədəlova ISMF-nin vitse-prezidenti seçildi, Rusiya məhdudiyyətləri qüvvədə qaldı

Günel Bədəlova ISMF-nin vitse-prezidenti seçildi, Rusiya məhdudiyyətləri qüvvədə qaldı
— Foto: idman.biz

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Zakopanedə keçirilən plenar assambleyasında Günel Bədəlova vitse-prezident seçilib. Assambleya Rusiyaya tətbiq olunan məhdudiyyətlərin saxlanılmasını da təsdiqləyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) 19-cu plenar assambleyası oktyabrın 17-də Polşanın Zakopane şəhərində keçirilib. “Inside The Games” və ISMF-nin rəsmi saytının məlumatına görə, iclasda federasiyanın rəhbərliyi, antidopinq qaydaları və idmançılarının yarışlarda iştirakı ilə bağlı qərarlar qəbul edilib.

İsveçrəli Requla Mayer federasiyanın prezidenti vəzifəsinə növbəti dörd il müddətinə yenidən seçilib. Qış İdman Növləri Federasiyasının Günel Bədəlova, fransalı Pyer Fransua Düpon və norveçli Frank Holen ISMF-nin vitse-prezidentləri olublar. İspaniyalı Oriol Montero Qarsiya və slovakiyalı Zuzana Rıxlikova isə şuraya daxil ediliblər.

Rusiya ilə bağlı məhdudiyyətlər saxlanıldı

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin 2026-cı il iyulun 7-də qəbul etdiyi qərar nəzərdən keçirildikdən sonra Rusiyaya tətbiq olunan məhdudiyyətlər qüvvədə saxlanılıb. Rusiya ərazisində ISMF himayəsində yarış keçirilməyəcək, dövlət qurumlarının nümayəndələri federasiyanın tədbirlərinə akkreditasiya və ya dəvət ala bilməyəcəklər. Rusiyanın böyüklər kateqoriyasındakı idmançılarına milli rəmzlərdən istifadə qadağan olunub. Bununla belə, onların yarışlarda iştirakı ayrıca, lisenziyalaşdırma, idman reqlamenti və antidopinq qaydalarına uyğun müəyyən ediləcək.

Assambleya 2026/2027-ci illər mövsümünün büdcəsini, 2027-ci ildə qüvvəyə minəcək antidopinq qaydalarını və İdmançılar Bəyannaməsini təsdiqləyib. Kosovo və Şimali Makedoniyanın alpinizm federasiyaları tamhüquqlu üzv, Bosniya və Herseqovina Alpinizm Federasiyası isə müvəqqəti üzv qəbul edilib.

2027-ci il plenar assambleyasına Albaniyanın paytaxtı ev sahibliyi edəcək. 2028-ci il toplantısının oktyabrın 14-də keçirilməsi təsdiqlənib, şəhər isə hələ müəyyənləşdirilməyib.

Azərbaycanın təmsilçiliyi

Azərbaycan təmsilçisinin ISMF rəhbərliyinə seçilməsi ölkənin qış idmanı üzrə beynəlxalq strukturlardakı təmsilçiliyini artırır. 2025-ci ildə “”da Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya kubokunun mərhələsi, 2026-cı ildə isə Avropa çempionatı keçirilib.

ISMF yeni rəhbərliyin prioritetləri sırasında yarış təqviminin genişləndirilməsini, milli federasiya və idmançılara dəstəyi, beynəlxalq əhatənin artırılmasını, həmçinin xizək alpinizminin Olimpiya hərəkatındakı mövqeyinin möhkəmləndirilməsini göstərib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…