Əsas məzmuna keç

Azərbaycanın qadın badmintonçuları Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın qadın badmintonçuları Avropa çempionatında bürünc medal qazandı
— Foto: idman.biz

Azərbaycan millisi Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında qadınların üçnəfərlik yarışında üçüncü yeri tutub.

en ru

Azərbaycanın qadınlardan ibarət badminton millisi Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən “BWF AirBadminton European Continental Championships 2026” turnirində bürünc medal qazanıb. Bu barədə Badminton Federasiyası məlumat yayıb.

Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət komanda qadınların üçnəfərlik yarışında mübarizə aparıb.

Qrup mərhələsini ikinci bitirdilər

C qrupunda çıxış edən Azərbaycan millisi İsveçrəni 3:1, Xorvatiyanı isə 3:0 hesabı ilə məğlub edib. Almaniya yığmasına 1:3 hesabı ilə uduzan badmintonçular qrup mərhələsini ikinci pillədə başa vuraraq pley-offa yüksəliblər.

1/4 finalda meydan sahibi Yunanıstanla qarşılaşan komanda 3:1 hesablı qələbə qazanıb və yarımfinala vəsiqə əldə etməklə ən azı bürünc medalı təmin edib.

Yarımfinalda Türkiyəyə uduzdular

Finala çıxmaq uğrunda millisi ilə üz-üzə gələn Azərbaycan təmsilçiləri ümumi hesabda 1:3 məğlub olublar. Beləliklə, millimiz qitə çempionatını üçüncü pillədə tamamlayıb.

Azərbaycan millisi 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan AirBadminton üzrə ilk Avropa çempionatında qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı. Bu, ölkənin həmin yarışdakı növbəti medal uğurudur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…