Əsas məzmuna keç

Bazar günü havanın temperaturu 31 dərəcəyə çatacaq

Bazar günü havanın temperaturu 31 dərəcəyə çatacaq

Sinoptiklərin proqnozuna görə, istirahət günü ölkə ərazisində isti hava şəraiti müşahidə olunacaq və termometrlər 31 dərəcəyədək yüksələcək.

en ru

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti gündüz 20-25° isti olacaq.

Hava proqnozu

26° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 26° 20°
  2. Sabah Günəşli 25° 21°
  3. Birigün Günəşli 22° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…