Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı başlayıb. Yarışın ilk günündə Azərbaycan millisinin iki üzvü qələbə qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Nihat Qasımov 1/32 finalda Qırğızıstan təmsilçisi Nursultan Duşonalıyevlə qarşılaşıb. Azərbaycanlı boksçu rəqibini 3:2 hesabı ilə üstələyib.
Qasımov növbəti görüşünü oktyabrın 18-də keçirəcək. Onun rəqibi ilk mərhələdən azad olan kanadalı Arjanpal Hundal olacaq.
90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Səfdər Məmmədzadə 1/8 finalda Kirill Jukovskiyə 3:2 hesabı ilə qalib gəlib. O, oktyabrın 23-də rusiyalı İvan Baybakovla qarşılaşacaq.
Dünya çempionatı oktyabrın 27-də başa çatacaq.