Əsas məzmuna keç

Əli Əliyev və Nihat Qasımov dünya çempionatında rinqə çıxacaq

Əli Əliyev və Nihat Qasımov dünya çempionatında rinqə çıxacaq
— Foto: idman.biz

Azərbaycanın iki boksçusu 19 yaşadək idmançılar arasında Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında ilk görüşlərini keçirəcək. Əli Əliyev gündüz, Nihat Qasımov isə axşam sessiyasında döyüşəcək.

en ru

Əli Əliyev (50 kq) və Nihat Qasımov (55 kq) 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı təmsil edəcəklər. Hər iki idmançı Budvada keçirilən mundialda ilk döyüşünə çıxacaq.

Gündüz sessiyasında Əli Əliyev rusiyalı Vladimir Orlovla qarşılaşacaq. Görüş vaxtı ilə saat 16:00-da başlayacaq sessiyada B rinqində dördüncü döyüş kimi nəzərdə tutulub.

Axşam sessiyasında Nihat Qasımov kanadalı Arjanpal Hundalla üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək sessiyanın B rinqində dördüncü döyüşü olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…