“Arsenal” İngiltərə Premyer Liqasının 7-ci turunda “Nottingem Forest”ə səfərdə 1:0 hesabı ilə qalib gəlib. Oktyabrın 18-də Nottingemdəki “Siti Qraund” stadionunda keçirilən görüşdə yeganə qol 80-ci dəqiqədə vurulub.
“Topçular”a qələbə qazandıran qolu hücumçu Noni Madueke vurub. Deklan Rays məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticədən sonra “Arsenal” 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Nottingem Forest” beş xalla 18-ci yerdədir.