“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Nottingem Forest” üzərində 1:0 hesablı qələbəsindən sonra fikirlərini bölüşüb. Oktyabrın 18-də keçirilən İngiltərə Premyer Liqasının 7-ci tur matçında “topçular” rəqibini məğlub ediblər.
“Oyun planımız rəqibin hansı futbolu oynamaq istəməsindən asılıdır. Bu gün “Lill”lə oyunumuzdakından tamamilə fərqli çıxış etdik. Münhendəki matç isə tamam başqa olacaq”, – Arteta oyundan sonrakı mətbuat konfransında deyib.
Məşqçinin sözlərinə görə, komanda dünya çempionatından sonra keçirdiyi 11 matçın 10-da qalib gəlib.
“Düşünürəm ki, bu, çox yaxşı mövqedə olduğumuzu və ambisiyalarımızı göstərir. Səviyyəmiz yüksəlir, yalnız irəli gedirik. Yeni sürprizlər etməyə davam edəcəyik”, – Arteta bildirib.