İngiltərəli hakim Maykl Oliver UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “PSJ” ilə “Barselona” arasında keçiriləcək oyunu idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma oktyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oliverə həmyerliləri Stüart Bert və Ceyms Meynvörinq kömək edəcəklər. Dördüncü hakim Robert Cons olacaq. VAR-a italiyalı Marko Di Bello cavabdehlik edəcək, ona həmyerlisi Daniele Kiffi yardım göstərəcək.
Komandaların son beş qarşılaşmasında “PSJ” üç qələbə qazanıb, “Barselona” bir dəfə qalib gəlib. Daha bir görüş heç-heçə ilə başa çatıb.
Fransa çempionatının 7-ci turunda “PSJ” “Strasburq” üzərində 3:1 hesablı əzmkar qələbə qazanıb. İspaniya çempionatının 9-cu turunda isə “Barselona” “Betis”i 5:2 hesabı ilə məğlub edib.