Azərbaycan boksçuları 2026-cı ildə keçirilən Avropa çempionatlarında ümumilikdə 25 medal qazanıblar. Milli komandalar dörd qitə birinciliyində 5 qızıl, 8 gümüş və 12 bürünc medala sahib olublar.
Medal sayına görə ən yaxşı nəticəni U-15 millisi göstərib. Trabzonda keçirilən Avropa çempionatında Azərbaycan boksçuları 10 dəfə fəxri kürsüyə yüksəliblər.
U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma Avropa çempionatında 5 medal qazanaraq rekord nəticə göstərib. Hər iki komandanın iki üzvü qızıl medal əldə edib. U-19 millisi isə yarışı 2 medalla tamamlayıb.
Beləliklə, Azərbaycan boksçuları bu il qatıldıqları dörd Avropa çempionatının hamısında medal qazanıblar. Milli komandalar yarışların üçündə medal sayına görə ilk altılıqda yer alıblar. Azərbaycan boksçuları noyabrda keçiriləcək U-23 Avropa çempionatında da mübarizə aparacaqlar.