Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində təşkil olunan boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Yarışda Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu olub. O, final görüşündə Rumıniya təmsilçisi Riçard Ovidiuya 5:0 hesabı ilə qalib gəlib. Hakimlərin verdiyi xallar 30:27, 29:28, 30:27, 30:27 və 30:27 olub.
Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) gümüş medal qazanıblar.
Bürünc mükafatçılar Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) olublar. Beləliklə, Azərbaycan millisi çempionatda ümumilikdə 10 medal əldə edib.