Əsas məzmuna keç

Paşinyanın partiyası İrəvan seçkilərində qələbə qazandı

Paşinyanın partiyası İrəvan seçkilərində qələbə qazandı

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Mülki müqavilə" partiyası İrəvan şəhərində keçirilən yerli özünüidarəetmə orqanlarına səsvermədə lider olub.

ru

Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan yerli özünüidarəetmə orqanlarına seçkilərin ilkin nəticələrini yayıb.

Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyası bir sıra icmalarda yüksək səs faizi qazanıb.

Nazirin məlumatına görə, hakim partiya Artik, Meğri, Yeğeqnadzor, Vayk, Cermuk, Tsağkadzor, Martuni, Artaşat, Axuryan, İcevan, Vardenis, Dilijan, Araks, Armavir və Qarnidə liderlik edir.

Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilibş

Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası hələlik rəsmi nəticələri açıqlamayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…