BMT-nin Baş katibi Antonio Quterreş Ermənistana səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilir ki, BMT baş katibini Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Qeyd edək ki, Quterreş BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak etmək üçün Ermənistana səfər edib.