Əsas məzmuna keç

"Qızıl top" mükafatı bu gün təqdim olunur

"Qızıl top" mükafatı bu gün təqdim olunur

Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə ilin ən yaxşı futbolçusu müəyyənləşəcək. "France Football" jurnalının təşkil etdiyi tədbir diqqət mərkəzindədir.

en ru

Bu gün dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri olan “Qızıl top”un 70-ci təqdimetmə mərasimi keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 2025–2026-cı illər mövsümünün nəticələrinə həsr olunan tədbir Londonda, “Palladium” teatrında təşkil ediləcək.

İlk dəfədir ki, dünya futbolunun əsas fərdi mükafatı Fransa hüdudlarından kənarda veriləcək. Mərasimin Londonda keçirilməsi 1956-cı ildə “Qızıl top”un ilk olmuş ingiltərəli futbolçu Stenli Metyuzun adı ilə əlaqələndirilir.

Kişilər arasında mükafatın qalibi 30 futbolçu arasından seçiləcək. Namizədlər sırasında Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“”), Usman Dembele (PSJ), Lionel Messi (“İnter Mayami”) və digər futbolçular yer alırlar.

“Qızıl top”un qalibini beynəlxalq futbol jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Heyətə FIFA reytinqində ilk 100-lükdə yer alan ölkələrin hər birindən bir jurnalist daxil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…