Ermənistan Rusiyanın qaz qiymətini artırması halında alternativ qaz tədarükü mənbələrinə keçid imkanını nəzərdən keçirəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, İrəvan qaz təchizatının diversifikasiyasının müxtəlif ssenarilərini, o cümlədən TRIPP (Tramp Marşrutu) ilə qaz kəmərinin çəkilməsi imkanını araşdırır.
"İkinci, üçüncü və ya dördüncü mənbədən qaz tədarükü imkanı yaranarsa, biz bu variantdan istifadə edəcəyik. TRIPP vasitəsilə qaz kəmərinin çəkilməsi imkanı yaranarsa, biz ondan da istifadə edəcəyik. Biz bütün ssenarilər zamanı necə hərəkət edəcəyimizi düşünürük", - N.Paşinyan deyib.